Fərhad Bədəlbəylinin həyat və yaradıcılığı

 

Mədəniyyət Nazirliyinin sifarişi əsasında nəşr olunan “Fərhad Bədəlbəylinin həyat və yaradıcılığı” adlı kitabın tərtibçisi Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidovdur.

Kitabda Azərbaycan və SSRİ-nin Xalq artisti, tanınmış pianoçu, bəstəkar, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin professional fəaliyyətinin müxtəlif yönləri işıqlandırılıb.

“Şərq-Qərb” nəşriyyatında çap olunan kitabda həmçinin sənətkar haqqında müxtəlif illərdə qəzet və jurnallarda dərc edilmiş məqalələr, müsahibələr və digər materiallar toplanıb.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə çap olunan kitablar nazirliyin tabeliyində fəaliyyət göstərən kütləvi kitabxanalara və aidiyyəti qurumlara paylanılacaq.

Mədəniyyət  2020.- 30 oktyabr.- S.5.