“Əsgərə məktub”un yeni saytı təqdim olunub

“ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsinin yeni hazırlanmış www.esgeremektub.az saytı ictimaiyyətə təqdim olunub.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, yeni sayt vasitəsilə hər kəsə onlayn formada Azərbaycan əsgərinə öz mesajını ünvanlamaq, ona mənəvi dəstəyini göstərmək imkanı yaradılıb.

Həmc­̧inin istifadəc­̧ilər sayt vasitəsilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Milli Qəhrəmanlar, şəhidlərimiz barədə məlumat əldə edə bilərlər.

www.esgeremektub.az saytında “ASAN Könüllüləri” Təşkilatının vətənpərvərlik istiqamətində həyata kec­̧irdiyi layihələr də əks olunur.

Mədəniyyət 2020.- 30 oktyabr.- S.4.