Milli Qəhrəman Çingiz Mustafayev yad edilib

 

 

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin 60 illiyi münasibətilə hazırladığı virtual sərgini təqdim edib. Virtual sərgi kitabxananın sosial şəbəkələr üzərindən həyata keçirdiyiTariximizin qəhrəmanlıq imzasılayihəsi çərçivəsində reallaşıb.

 

Milli Qəhrəmanın qısa, eyni zamanda çox maraqlı, rəngarəng ömür yolu, 1980-cı illərdə yaratdığıCəngibirliyinin fəaliyyəti, bu illərdə Azərbaycanda ilk rep DJ sənətinin təşəkkül tapmasında iştirakı, cəsur telereportyor kimi fəaliyyəti, Vətənə sevgisi diqqətə çatdırılır. Sərgidə Çingiz Mustafayev haqqında qələmə alınan 10-dan çox kitab da yer alıb.

 

Çingiz Mustafayev-60” adlı virtual sərgini bu linkdən izləmək olar: https://www.instagram.com/p/CEdjX8Phn-D/.

 

Mədəniyyət.- 2020.- 2 sentyabr.- S.3.