Mərkəzi Elmi Kitabxanada Azərbaycanşünaslıq şöbəsi yaradılıb

 

 

AMEA Mərkəzi Elmi Kitabxanada (MEK) azərbaycanşünaslıq elminin, milli-ictimai təfəkkürünün etibarlı və ciddi elmi informasiya bazasının formalaşması məqsədilə Azərbaycanşünaslıq şöbəsi yaradılıb.

 

Kitabxananın direktoru Sevil Zülfüqarova bildirib ki, azərbaycanşünaslığın formalaşmasında tarixçilər, türkoloqlar, şərqşünaslar, qafqazşünaslar, dilşünaslar, etnoqraflar və digər elm sahələrini təmsil edən həm klassik, həm də müasir dövrün yaradıcı insanları, görkəmli alimləri iştirak ediblər. Bu baxımdan belə bir şöbənin fəaliyyətə başlaması kitabxana üçün zəruridir.

 

Şöbədə azərbaycanşünaslığa dair ictimai, humanitar, dəqiq və yer elmləri sahəsində aparılan tədqiqatların nəticələri – dissertasiyalar, monoqrafiyalar, kitablar, elmi toplulars. sənədlərin, materialların toplanması, beynəlxalq aləmdə qəbul edilmiş biblioqrafik standartlara uyğun olaraq sistemləşdirilməsi nəzərdə tutulur. Həmçinin elektron informasiya-axtarış aparatının yaradılması, ayrıca ən aktual hesab edilən materialların annotasiyalı elektron məlumat bazasının tərtibi, azərbaycanşünaslıq baxımından xarici dillərdə və fərqli formatlarda olan əhəmiyyətli nəşrlərin xüsusi bölmələrinin əlavə edilməsi nəzərdə tutulur. Bundan əlavə, azərbaycanşünaslığın aktual mövzularına həsr olunan müxtəlif dillərdə dövri mətbuat materiallarının elektron məlumat bazasının təşkili də bura daxildir.

 

Strateji məqsədimiz bütün dünya ölkələri ilə beynəlxalq əlaqələrdə informasiya mübadiləsini apara biləcək “Azərbaycanşünaslıq” üzrə elektron informasiya mərkəzinin yaradılmasıdır”, – deyə S.Zülfüqarova qeyd edib.

 

Mədəniyyət.- 2020.- 2 sentyabr.- S.6.