Regionlardakı mədəniyyət ocaqlarından xəbərlər

 

 

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Mərkəzi kitabxanasının Uşaq şöbəsində Qubadlı rayonunun işğalı ilə əlaqədar onlayn tədbir keçirilib. Şöbə müdiri Rübabə Hacıbəyova 27 il əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Qubadlı rayonu haqqında məlumat verib. Uşaq şöbəsinin fəal oxucuları vətənpərvərlik mövzulu şeirlər söyləyiblər.

 

***

 

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəbləri direktorlarının iştirakı ilə videokonfrans keçirilib. Videokonfransda yeni dərs ilinin başlanması ilə bağlı məsələlər müzakirə edilib.

 

Regional idarənin rəisi Elnur Hüseynov mədəniyyət müəssisələrində karantin dövründə görülmüş işlər, uşaq musiqi və incəsənət məktəblərində yeni tədris ili ilə əlaqədar sənədləşmə işlərinin aparılması, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi sanitar-epidemioloji tələblərə əməl edilməsi barədə vəzifələrdən danışıb. Məktəb direktorlarının bu məsələlərlə bağlı fikirləri dinlənilib.

 

***

 

Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Balakən rayonu 2 saylı şəhər Diyarşünaslıq klubunun təşkilatçılığı ilə “Azərbaycan qadınının cəmiyyətdə rolumövzusunda videokonfrans təşkil edilib. Çıxışlarda qadınların cəmiyyətdəki çoxşaxəli rolundan danışılıb. Bildirilib ki, müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayır.

 

Zaqatala rayon Mərkəzi kitabxanasında yazıçı Əhməd İsayevin 80 illiyinə həsr olunmuş videokonfrans təşkil olunub. Kitabxananın direktoru Gülniyar Məmmədova yazıçının həyatı və fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, yazıçı-publisist yaradıcılığında tarixi mövzulara daha çox üstünlük verib. OnunBoş barjlarpyesi Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub.

 

***

 

Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon MKS Qubadlı rayonunun işğalının 27-ci ildönümünə həsr olunmuş onlayn kitab sərgisi nümayiş etdirib. Mərkəzi kitabxananın əməkdaşları Könül Əsgərova və Samirə Mansırova Qubadlı rayonunun tarixi və işğalı haqqında məlumat veriblər.

 

Regional idarənin Tovuz rayon MKS Qubadlı rayonunun erməni qəsbkarları tərəfindən işğalının ildönümünə həsr olunmuş tədbir keçirib. MKS-nin direktoru Güldərən İbrahimova rayonunun tarixi haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

 

***

 

Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Goranboy rayon Mərkəzi kitabxanasının işçiləri yazıçı Mahmud İsmayılovun 100 illiyi münasibətilə “Tarixi romanlar  müəllifi” adlı videokonfrans keçiriblər. MKS-nin Oxuculara xidmət şöbəsinin müdiri Səidə Abdullayeva ədibin həyat və yaradıcılığı haqqında danışıb.

 

Samux rayon MKS isə görkəmli  teatrkino aktyoru, Dövlət mükafatı laureatı, Xalq artisti Məmmədrza Şeyxzamanovun anadan olmasının 105 illiyinə  həsr olunmuş onlayn tədbir keçirib. Çıxış edənlər unudulmaz sənətkarın səhnə məharətindən, yaratdığı parlaq obrazlardaninsani keyfiyyətlərindən söhbət açıblar.

 

Samux rayon MKS-nin təşəbbüsü ilə görkəmli kinorejissor, ssenarist, kinodramaturq, Xalq artisti Həsən Seyidbəylinin 100 illik yubileyinə həsr olunmuş onlayn tədbir də təşkil olunub. Tədbirdə Həsən Seyidbəylinin ssenari müəllifi olduğurejissor kimi quruluş verdiyi filmlərlə Azərbaycanın kino sənəti salnaməsinə yeni səhifələr yazdığı vurğulanıb. Sonda mövzuya həsr olunmuş videoçarx nümayiş olunub.

 

***

 

Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəhbərliyinin, uşaq incəsənət və uşaq musiqi məktəblərinin direktorlarının iştirakı ilə onlayn videokonfrans keçirilib. VideokonfransdaXüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” Nazirlər Kabinetinin müvafiq qərarı, məktəblərə şagird qəbulu, sənədləşmə işləri, yeni tədris ilinə hazırlıqla bağlı digər məsələlər müzakirə edilib, məktəb direktorlarının təklifləri dinlənilib və müvafiq tapşırıqlar verilib.

 

***

 

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şabran rayon Heydər Əliyev Mərkəzinə virtual ekskursiya təşkil olunub.

 

Əvvəlcə Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova və Şabran rayon Heydər Əliyev Mərkəzinin direktoru Təvəkkül Əliyev mərkəzlərin fəaliyyəti haqqında məlumat veriblər.

 

Sonra Təvəkkül Əliyev və Şabran  rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları dahi rəhbərin zəngin ömür yolunu əks etdirən eksponatlar, ulu öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə virtual ekskursiya iştirakçılarını tanış ediblər.

 

***

 

Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər Mədəniyyət Mərkəzi teatrkino sənətinin görkəmli nümayəndəsi, Dövlət mükafatları laureatı, Xalq artisti Leyla Bədirbəylinin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş videoçarx hazırlayıb.

 

Bərdə rayon Mədəniyyət Mərkəzi və tabe müəssisələrinin fəaliyyəti ilə bağlı onlayn şəkildə seminar-müşavirə keçirilib. Regional idarənin rəis müavini Validə Nabatova  qarşıda duran vəzifələr barədə danışıb, nəzərdə tutulmuş tədbirlərlə bağlı tapşırıqlarını verib.

 

Nurəddin MƏMMƏDLİ

 

Mədəniyyət.- 2020.- 4 sentyabr.- S.4.