Mənim yay tətilimmüsabiqəsi davam edir

 

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan Televiziya Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası Xətai Sənət Mərkəzinin təşkilatçılığı iləKönüllülər iliçərçivəsindəMənim yay tətilim – 2020” Respublika uşaq rəsm müsabiqəsi elan edilib.

 

Ənənəvi müsabiqə rəssamlıq istedadı olan məktəblilərin yay tətili zamanı diqqəti çəkən hadisələri tabloda əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır.

 

Müsabiqəyə qeydiyyat oktyabrın 15-dək aparılacaq. Qeydiyyat üçün www.xsm.az saytındaMənim yay tətilim-2020” bölümünə ya http://xsm.az/site/menimyaytetilim2020/ linkinə daxil olub 1-2 rəsmin fotosunu daxil etmək lazımdır.

 

Seçim iki yaş kateqoriyası üzrə (12 yaşa qədər, 12-17 yaş) keçiriləcək. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi ideya əsas götürüləcək.

 

Birinci turdan keçmiş əsərlərin müəllifləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaqlar.

 

Mədəniyyət.- 2020.- 9 sentyabr.- S.3.