Azərbaycan rəssamlarınınəsərlərinin onlayn satış-sərgisi

 

50 manatdan 7100 manatadək qiymətləndirilən əl işləri var

 

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı, “Artgift Azerbaijan”ın dəstəyi ilə sentyabrın 7-də Azərbaycan rəssamlarının onlayn satış-sərgisi açılıb.

 

Onlayn satış-sərgi respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini inkişaf etdirmək, alıcı və satıcılar arasında yeni əlaqələrin yaradılmasına dəstək olmaq, art biznes sahəsində rəqabət qabiliyyətini gücləndirmək məqsədilə keçirilir.

 

Sərgidə iştirak üçün Bakıda, respublikanın şəhər və rayonlarında yaşayan 300-ə yaxın orta və gənc nəsil rəssamlar müraciət edib. Ümumilikdə 100-ə yaxın rəssamın 150-dən çox rəngkarlıq, qrafika, heykəltəraşlıq əsərləri onlayn sərgidə nümayiş və satış üçün  qəbul edilib.

 

Onlayn satışa çıxarılan əsərlər www.artgift.az portalında nümayiş olunur. Əsərləri əldə etmək üçün 077-717-33-37 nömrəsi ilə əlaqə saxlamaq olar. Sərgidə alıcı və satıcılar arasında vasitəçi rolunu Azərbaycan Dövlət Rəsm Qalereyası həyata keçirir.

 

Qeyd edək ki, hər bir alıcı www.artgift.az saytında “AzGallery” bölməsinə daxil olub satışa çıxarılan əsərlər haqqında ətraflı məlumat əldə edə bilər. Burada əsərin müəllifi, adı, qiyməti, texnikası, janrı, ölçüsümaterial növü haqqında məlumatlar yerləşdirilib. Bu dəfə satışa çıxarılan ən bahalı əsər rəssam Səyyar Əliyevin “Heyvanların insanlarla vəhdəti” adlı tablodur. 7100 manat dəyərində qiymətləndirilən,  50x60  ölçüdə, abstrakt- modern mövzusunda olan əsər kətan üzərində yağlı boya ilə işlənib.

 

Onlayn satışda  qiymətlər əsərin ölçütexnika xüsusiyyətlərinə görə dəyişir. Sənətə vurğun alıcıların kiçikölçülü əsərləri 50-200 manat dəyərində də əldə etmək imkanları var.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2020.- 9 sentyabr.- S.3.