Onun əlləri qızıldır

 

 

Ömrünün 50-ci baharını yola salan Kamilə Əhmədova yaşadığı Astara rayonunun Hamoşam kəndinin ən sevilən sakinidir. Çünki o, öz istedadı, bacarığı ilə doğma kəndinin adına hörmət gətirib. Birinci qrup əlil, Prezident təqaüdçüsü olan bu xanımın əl qabiliyyəti zövq oxşayır.

 

Yaşadığı evdə rəngli saplardan toxuduğu müxtəlif əl işləri xalqımızın milli-mənəvi dəyərlərini özündə gözəl əks etdirir. O, yaratdıqları ilə mədəni irsimizin zənginliyinə yeni-yeni töhfələr verməkdə davam edir. Həm də bu incə zövqlü, nənələrdən gələn sənəti kənd qızlarına böyük həvəslə öyrədir.

 

Onu da qeyd edək ki, Kamilə xanım vətəninə, xalqına, torpağına layiq üç övlad anasıdır. Oğlu Turan Bəhmənzadə Lənkəran Dövlət Universitetini bitirib, Azərbaycan Ordusunun zabitidir.

 

Zəfər ORUCOĞLU

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Mədəniyyət.- 2020.- 9 sentyabr.- S.7.