Milli Xalça Muzeyindən yeniliklər

 

Bu gün əhalini muzeylərə cəlb etmək məsələsi hər zaman olduğundan daha aktualdır. Azərbaycan Milli Xalça Muzeyi də cəmiyyətin müxtəlif hədəf qruplarının maraqlarını nəzərə alaraq, yeni proqramlar və layihələr hazırlayır.

 

Həftənin 4 günü fəaliyyət göstərən muzeydə hər çərşənbə axşamı uşaqlar və böyüklər üçün bir-birindən maraqlı ustad dərsləri keçirilir. Ustad dərslərində istifadə olunan bütün materiallar muzey tərəfindən təmin ediliruşaqlar öz əlləri ilə yaratdıqları nümunəni özləri ilə aparırlar.

 

Həftənin çərşənbə günləri muzeyinQarabağ” otağında uşaqlar üçün oxu saatı təşkil olunur, onlar üçün maraqlı nağıllar oxunur.

 

Milli Xalça Muzeyinin Uşaq şöbəsi tərəfindən həftənin dördüncü günü müxtəlif tamaşalar göstərilir. Muzeyin balaca dostları kilimarası “Şəngülüm, Şüngülüm, Məngülüm”, “Tıq-tıq xanım”, “Cırtdan”, “Məlikməmmədin nağılı” tamaşalarına, surdo tərcümə ilə müşayiət olunan “Cırtdan” kölgə teatrına baxmaq imkanı əldə edirlər.

 

Hər həftənin cümə günü isə muzeydə tanınmış mütəxəssislərin ayrı-ayrı mövzulara həsr olunmuş maraqlı mühazirələri dinlənilir.

 

Qeyd edək ki, muzeydə mövcud karantin qaydalarına, sanitar normalarına və metodiki göstərişlərin tələblərinə tam riayət olunur, muzeyə 10 nəfərdən çox olmayan qruplar buraxılır. 6 yaşdan aşağı uşaqlar və 65 yaşdan yuxarı qonaqlar üçün muzeyə giriş pulsuzdur.

 

Yeri gəlmişkən, Milli Xalça Muzeyinin saatı da artırılıb. 15 sentyabrdan etibarən muzey həftə içi çərşənbə axşamı – cümə günləri, saat 10:00-dan 20:00-dək açıq olacaq. Şənbə-bazar günləri dezinfeksiya işləri ilə əlaqədar muzey ictimaiyyət üçün bağlı qalacaq.

 

 

Mədəniyyət.- 2020.- 16 sentyabr.- S.3.