Kitabxanaların virtual təqdimatları

 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “15 sentyabrBilik Günü” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə ölkəmizin təhsil sistemi, təhsil tarixi, təhsil siyasəti, təhsilin inkişaf strategiyası və s. mövzularda materiallarfotolar təqdim olunur.

 

 

Respublika Uşaq Kitabxanası da 15 sentyabrBilik Gününə həsr olunmuş virtual sərgi təşkil edib. Sərginin təşkil edilməsində əsas məqsəd virtual oxuculara zəngin uşaq ədəbiyyatı fondu barədə məlumat verməkdir.

 

Kitabxananın əməkdaşları uşaqları sərgidə yer alan Azərbaycan və dünya ədəbiyyatına dair bir-birindən maraqlı kitablarla tanış ediblər. Təqdim olunan videoçarxda uşaq yazarları oxuculara yeni dərs ili münasibətilə təbriklərini çatdırıblar.

 

Qeyd edək ki, kitabxana pandemiya şəraiti ilə əlaqədar olaraq, oxuculara onlayn xidmət göstərir.

 

Bu link vasitəsilə virtual sərgini izləyə bilərsiniz: www.youtube.com/watch?v=bLN-Rf8JwIQ

 

***

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 8 nömrəli filialı görkəmli bəstəkar, Xalq artisti, professor, Dövlət mükafatı laureatı, akademik Arif Məlikov (1933-2019) haqqında “Dünya şöhrətli bəstəkar” adlı videoçarx hazırlayıb. Videoçarxda bəstəkarın həyat yolu və yaradıcılığı əksini tapıb.

 

***

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS vətənpərvərlik ruhunu əks etdirən növbəti videoçarxı təqdim edib. “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsinə dəstək olaraq təqdim edilən videoçarxTürk oğlu” mahnısının müşayiəti ilə nümayiş olunur.

 

Mahnının sözlərinin müəllifi Nəsibə İsrafilqızıdır, bəstəsi Arif Səlimova aiddir. Mahnını Xalq artisti Gülyanaq Məmmədova ifa edir. Videoçarxda Milli Qəhrəman Mübariz İbrahimov, general-mayor Polad Həşimov və iyul döyüşlərində şəhid olmuş digər igidlərin fotoları yer alıb.

 

Mədəniyyət.- 2020.- 16 sentyabr.- S.3.