Musiqi kitabxanası” layihəsi təqdim edilib

 

 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası 18 sentyabrMilli Musiqi Günü ərəfəsində istifadəçilərə “Musiqi kitabxanası” adlı yeni layihəsini virtual rejimdə təqdim edib.

 

Layihə “Musiqi ədəbiyyatı”, “Notlar” və “Səsyazıları” bölmələrini əhatə edir. “Musiqi ədəbiyyatı” və “Notlar” bölmələrində Milli Kitabxananın fondunda olan musiqi ədəbiyyatları əlifba sırası üzrə yerləşdirilib və bütün ədəbiyyatlar elektron resursları ilə istifadəçilərə təqdim olunur. Azərbaycan, rus digər dillərdə olan notlar da bölməyə daxil edilib.

 

Səsyazılarıbölməsində isə həm Azərbaycan bəstəkarlarına, həm Azərbaycan xalq musiqisinə dair səsyazıları verilib. Azərbaycan xalq musiqisiyarımbölməsində muğamlar şikəstələr, Azərbaycan xalq mahnıları, qəhrəmanlıq təranələri, xalq rəqs musiqisi aşıq musiqisi təqdim olunur.

 

Layihədə həmçinin Azərbaycanın görkəmli bəstəkarları haqqında məlumatlar da öz əksini tapıb.

 

Layihə ilə aşağıdakı linkdə tanış olmaq olar:

 

http://anl.az/el/musiqi_kitabxanasi/index.php

 

Mədəniyyət.- 2020.- 16 sentyabr.- S.6.