“Əhmədiyyə Cəbrayılov 100” biblioqrafik icmalı

 

 

Bu il Azərbaycan xalqının cəsur övladı, əfsanəvi partizan, İkinci Dünya müharibəsi dövründə Fransada antifaşist Müqavimət hərəkatının iştirakçısı olmuş Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 ili tamam olur. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Əhmədiyyə Cəbrayılovun 100 illiyi ilə bağlı müxtəlif tədbir və layihələr həyata keçirilir.

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Fransa Müqavimət hərəkatında “Armed Mişel”, “Ryus Armed”, “Õàrqokimi tanınan partizan Əhmədiyyə Cəbrayılova həsr olunmuş biblioqrafik icmal tərtib edib.

 

“Əhmədiyyə Cəbrayılov 100” adlı biblioqrafik icmalda əfsanəvi qəhrəmana həsr edilən kitabların, dövri mətbuatda haqqında çap edilən məqalələrin bir qismi yer alıb. Həmçinin Əhmədiyyə Cəbrayılovun oğlu – Azərbaycanın Milli Qəhrəmanı Mikayıl  Cəbrayılov haqqında məlumat verilib.

 

Biblioqrafik icmalda Azərbaycan və xarici dillərdə olan mənbələr, elektron resurslar, Əhmədiyyə Cəbrayılovun gündəliyindən səhifələr əksini tapıb. Biblioqrafik icmaIı http://ryl.az/sened/ec.pdf linki vasitəsilə izləmək olar.

 

Mədəniyyət.- 2020.- 16 sentyabr.- S.6.