Sevimli əsərimə rəsm çəkirəm”

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) uşaqlar arasında “Sevimli əsərimə rəsm çəkirəm” adlı müsabiqə keçirir.

 

Müsabiqəyə nağıl, əfsanə, povest, şeir və hekayələrə aid rəsmlər onlayn formada təqdim oluna bilər.

 

Rəsmlərdə uşaqlar sevimli nağıl və hekayə qəhrəmanlarını, əsərlərdən səhnəcikləri təsvir edə bilərlər.

 

Uşaqların həyatında bədii ədəbiyyatın xüsusi rolu var. Uşaqlar bədii əsərlərə müraciət edərkən oradakı qəhrəmanlara bənzəmək istəyirlər, bədii əsərlərin səhnələrini gözlərinin önünə gətirirlər. Uşaqların təlim-tərbiyəsinin, estetik zövqünün formalaşmasında bədii ədəbiyyatın əhəmiyyəti əvəzsizdir.

 

14 sentyabrda başlanan müsabiqə bir ay davam edəcək. Qaliblərə kitabxananın fəxri fərmanı Xalq yazıçısı Çingiz Abdullayevin kitabı təqdim olunacaq.

 

Mədəniyyət.- 2020.- 18 sentyabr.- S.7.