Tarixin yaddaşı silinmir

 

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi “Tarixin yaddaşı silinmir” adlı onlayn seminar təşkil edib.

 

Seminar zamanı mərkəzdə bərpası həyata keçirilmiş müharibə illərini əks etdirən nadir muzey əşyalarının bərpadan əvvəl və bərpadan sonrakı vəziyyətlərini göstərən təqdimat olub. Təqdimatda Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin çəkdiyi diplom işi, cəbhədən göndərdiyi məktubu, 2 dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanova məxsus geyim nümunəsi, Xalq rəssamı Əzim Əzimzadənin müharibə əleyhinə karikatura və plakatları, Xalq rəssamı Maral Rəhmanzadənin bu mövzuya həsr olunmuş bir sıra işləri, eləcə də Azərbaycanın ictimai xadimlərinin, rəssam, ədib və bəstəkarların ağır müharibə illərində fəaliyyətinə dair faktlar əksini tapıb.

 

Mədəniyyət.- 2020.- 23 sentyabr.- S.3.