Dahi bəstəkara həsr olunmuş televiziya festivalı

 

 

Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 1995-ci il tarixli fərmanı ilə dahi bəstəkar, professional musiqi sənətimizin banisi, mədəniyyət salnaməmizdə bir çox ilklərin müəllifi olan Üzeyir Hacıbəylinin doğum günü milli musiqi bayramı – “Üzeyir Musiqi Günükimi qeyd olunur.

 

2009-cu ildən başlayaraq hər il 18 sentyabrda başlanan Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı da bu əlamətdar tarixə əlavə rəng qatıb. Ötən illərdə Heydər Əliyev Fondunun Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən ənənəvi festival müxtəlif ölkələrdən görkəmli musiqiçiləri, bədii kollektivləri, solistləri, dirijorları, musiqişünas alimləri dahi bəstəkarın sənət işığında bir araya gətirib.

 

Builki milli musiqi bayramı bəstəkarın anadan olmasının 135 illiyinə təsadüf edir. Lakin mövcud pandemiya səbəbindən bu il festivalın ənənəvi miqyasda keçirilməsi mümkün deyil. Mövcud vəziyyət nəzərə alınaraq Üzeyir Hacıbəyli festivalı bu dəfə televiziya festivalı formatında təqdim olunur.

 

Üzeyir Hacıbəylinin 135 illiyinə həsr olunan telefestival Mədəniyyət Nazirliyi Azərbaycan TeleviziyasınınMədəniyyətkanalının birgə layihəsidir.

 

19-30 sentyabr tarixində keçirilən festivalın proqramı ötən illərdə gerçəkləşmiş festivalların konsertlərindən tərtib olunub hər günMədəniyyətkanalında təqdim olunur.

 

Telefestivalın ilk günü – 19 sentyabrda (saat 19:45) Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının açılış (2019) mərasimindən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor: Rauf Abdullayev) çıxışı təqdim olunub.

 

20 sentyabrda (saat 21:00) “Mədəniyyətkanalında bəstəkarın 125 illiyinə təsadüf edən Üzeyir Hacıbəyli II Beynəlxalq Musiqi Festivalının (2010) proqramından “O olmasın, bu olsunmusiqili komediyası, 21 sentyabrda isə (19:15) Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalından (2016) “Leyli Məcnunoperası nümayiş olunub.

 

Telefestivalın 22 sentyabr proqramında Üzeyir Hacıbəyli V Beynəlxalq Musiqi Festivalından (2013) Vilija Paskute Tomas Daukantesin (Litva) iştirakı ilə fortepiano dueti axşamı (03:45) Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalından (2015) Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor: Əyyub Quliyev) konserti (20:00) yer alıb.

 

23 sentyabr proqramında Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalından (2016) Orfeon Kamera Xorunun (dirijor: Elnarə Kərimova) konserti (04:55) və Üzeyir Hacıbəyli V Beynəlxalq Musiqi Festivalından (2013) Münxen Yeni Filarmonik Orkestrinin (dirijor: Fuad İbrahimov) konserti (20:15) yer alıb.

 

Mədəniyyət.- 2020.- 23 sentyabr.- S.1;3.