“Bakını tanıyaq, tanıdaq”

 

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası paytaxtımıza həsr olunmuş “Bakını tanıyaq, tanıdaq” adlı layihə həyata keçirir. Layihə çərçivəsində kitabxana əməkdaşları tərəfindən “Bakı – mənim şəhərim”, “Bakı bulvarı”, “Qız qalası”, “Bakı haqqında maraqlı faktlar” və s. başlıqlı videoçarxlar hazırlanaraq təqdim olunub.

 

Kitabxananın saytı və sosial şəbəkə səhifələri vasitəsilə təqdim olunan videoçarxlarda Bakı adının mənşəyi, tarixi, şəhər içində şəhər – İçərişəhər, su üzərində nağıl – “Kiçik Venesiya”, açıq havada qatarFunikulyor,  möcüzələr adası – Bakı Neft Daşları, eləcə də Bakı bulvarı, Bakı metrosu, Qız qalası və s. məkan və tarixi abidələr haqqında maraqlı məlumatlar verilir. Videoçarxlarda Bakının bir çox məşhur filmlərin çəkiliş meydançası olmasına, məhz Bakı memarlığında qədimlik və müasirliyin sintez təşkil etməsinə dair fikirlər də yer alıb. Bundan əlavə, Rəsul Rzanın “Bakı” şeiri əsasında videoçarx da hazırlanıb.

 

 

Mədəniyyət.- 2020.- 25 sentyabr.- S.3.