Haqverdiyevin 150 illiyi ilə bağlı elektron baza təqdim edilib

 

 

Görkəmli yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2020-ci il tarixli sərəncamına uyğun olaraq C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası elektron baza hazırlayaraq istifadəçilərinə təqdim edib. “Əbdürrəhim bəy Haqverdiyev 150” adlı toplu kitabxananın saytında (www.ryl.az) yerləşdirilib.

 

Elektron bazada Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığı haqqında əhatəli məlumatlar verilir, ədibin təhsil illəri və ilk qələm təcrübələrindən bəhs olunur. Topluda ədibin əsərləri, o cümlədən bəzi əsərlərinin audiovariantı (səsli kitab), tərcümələri, onun haqqında yazılan dissertasiyalar, haqqında söylənilən dəyərli fikirlər yer alıb.

 

Mədəniyyət.- 2020.- 25 sentyabr.- S.4.