Bölgələrdə mədəniyyət: virtualreal fəaliyyət

 

Ağdaş Regional Mədəniyyət İdarəsi Zərdab rayon Heydər Əliyev Mərkəzinin və Şəmkir Regional Mədəniyyət İdarəsi Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyi zamanı bu rayonların inkişafına həsr olunmuş onlayn tədbir keçirilib. Hər iki mərkəzin direktorları Könül Rəhimova və Nailə Məmmədovanın çıxışları dinlənilib. Eyni zamanda Heydər Əliyev mərkəzləri ilə virtual tanışlıq olub.

 

Ağdaş rayon Mərkəzi kitabxanasının oxu zalında Beynəlxalq Sülh Günü (21 sentyabr) ilə əlaqədar “Dünyamıza sülh gərək” adlı dəyirmi masa keçirilib. Sanitar-gigiyena tələblərinə uyğun olaraq keçirilən tədbirdə MKS-nin direktor müavini Sevgili İbrahimova əlamətdar günlə bağlı görülmüş işlərdən danışıb.

 

Zərdab rayon Mərkəzi kitabxanasında da “Beynəlxalq sülh aylığı” çərçivəsində tədbir keçirilib. “Yurdda sülh, cahanda sülh” adlı tədbirdə kitabxananın şöbə müdiri Mehparə Səfərəliyeva günün tarixi haqqında məlumat verib.

 

***

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov idarənin əhatə etdiyi rayonların baş məsləhətçiləri və musiqi məktəblərinin direktorları ilə onlayn müşavirə keçirib. Məktəb direktorlarına tədrisin mövcud şəraitə uyğun şəkildə qurulması ilə bağlı tövsiyə və tapşırıqlar verilib.

 

***

 

İsmayıllı Regional Mədəniyyət İdarəsi Qəbələ rayon Mərkəzi kitabxanası görkəmli yazıçı-dramaturq, publisist Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı haqqında videomaterial hazırlayıb.

 

Qəbələ rayon MKS-nin Xırxatala kənd kitabxana filialı isə 20 Yanvar şəhidi, şair Ülvi Bünyadzadəyə həsr olunmuş videoçarx hazırlayıb. Videoçarxda nakam şairin həyat və yaradıcılığı haqqında məlumat verilib.

 

***

 

Şəki Regional Mədəniyyət İdarəsi Oğuz rayon Şirvanlı kənd kitabxanasının balaca oxucuları virtual formada Heydər Əliyev Fondu və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Əsgərə salam” layihəsinə qoşulub. Oğuz rayon Bayan kənd kitabxanasında isə “Narkomaniyaya yox deyək!” başlıqlı informasiya saatı təşkil olunub. Kitabxanaçı Nigar Nurməmmədova və VII sinif şagirdi Aysu Əzizova məruzələrlə çıxış ediblər.

 

Üzeyir Hacıbəylinin 135 illiyiMilli Musiqi Günü ilə əlaqədar Şəki şəhər 3 nömrəli Uşaq musiqi məktəbində dahi bəstəkarın “Arşın mal alan” operettası oynanılıb. Məktəbin direktoru Şəmsiyyət Əsgərovanın təşəbbüsü və rejissorluğu ilə reallaşan tamaşada məktəbin şagirdlərindən Elton Əhmədli, Cəmilə Məmmədova, Fariz Əhmədzadə, Nuray Abdurahmanova, Şadman Bəqiyaslı, Bədürnisə Hacıyeva, Qədir Qaffarlı və Aysel Mehdizadə çıxış ediblər. TamaşaYouTube” kanalı üzərindən yayımlanıb.

 

***

 

Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon MKS Orta Salahlı kənd kitabxana filialı ilə birlikdə kənddə məskunlaşmış Axıska türkləri ilə “Bizi birləşdirən mədəniyyət” adlı görüş keçirib. Tədbir çərçivəsində həmçinin sakinlərə səyyar kitabxana xidməti göstərilib. Axıska türklərinin tarixi faciələrindən, Azərbaycanda məskunlaşmalarından söz açılıb.

 

QazaxAğstafa rayon Heydər Əliyev mərkəzlərinin və Həzi Aslanovun Ev-Muzeyinin (Lənkəran şəhəri) birgə təşkilatçılığı ilə hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor H.Aslanovun 110 illiyi ilə əlaqədar videokonfrans keçirilib. Tədbirdə  Qazax Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Ağstafa Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, ev-muzeyin direktoru Cəmilə Şərifova çıxış edərək generalın döyüş yolundan danışıblar.

 

***

 

Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Qələbə bizləri səsləyir” adlı vətənpərvərlik mövzusunda onlayn tədbir keçirilib. Mərkəzin dərnək rəhbəri Afərim Verdiyeva mövzu ilə bağlı geniş məruzə edib. Daha sonra dərnək üzvləri vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

 

***

 

Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağdam rayon MKS-nin 19 saylı Üçoğlan kənd kitabxanası səyyar kitabxana xidməti göstərib. Xidmət zamanı oxuculara Azərbaycan və dünya ədəbiyyatı ilə bağlı kitablar təqdim olunub.

 

***

 

Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon Mədəniyyət Mərkəzinin filialı Yuxarı Qapanlı kənd Mədəniyyət evi dahi bəstəkar, müsəlman Şərqində ilk operanın banisi Üzeyir Hacıbəyolinin 135 illik yubileyi münasibətilə “Musiqi xəzinəmiz” adlı videoçarx hazırlayıb.

 

***

 

Xaçmaz Regional Mədəniyyət İdarəsi Siyəzən rayon Heydər Əliyev Mərkəzi və Siyəzən Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Sülh Gününə həsr olunmuş onlayn tədbir keçirilib.

 

Nurəddin MƏMMƏDLİ

 

Mədəniyyət.- 2020.- 25 sentyabr.- S.4.