Gənc ifaçı beynəlxalq onlayn müsabiqədə uğur qazanıb

 

 

Gənc ifaçı Ürfan Cəfərov İspaniyada keçirilən beynəlxalq onlayn müsabiqədə (“The Songinternational online contest) akademik ifa nominasiyası üzrə 1-ci yerə layiq görülüb.

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasından bildirilib ki, müsabiqəyə  60 ölkədən 3 mindən çox ifaçı qatılıb. Ürfan Cəfərov münsiflərin qərarı ilə 7 ən yaxşı ifaçı siyahısına düşərək daha bir müsabiqənin final mərhələsinə birbaşa vəsiqə qazanıb.

 

Mədəniyyət.- 2020.- 25 sentyabr.- S.8.