Bakıda Just Jazz adlı caz gecəsi

 

2020-ci ilin ilk caz havası Heydər Əliyev Sarayında yaşanacaq. Yanvarın 14-də burada Just Jazz adlı möhtəşəm caz gecəsi keçiriləcək.

Saraydan verilən məlumata görə, konsertdə tarzən, Əməkdar artist Şəhriyar İmanov, Əməkdar artist Vüsal İsgəndərzadənin (tarzən) rəhbərliyi ilə Shur Trio kollektivi, həmçinin Coffee Band, H3 collective, Nicat Aslanov, Tural Rafael, Nərmin Məmmədli, Aytən Orucəliyeva, Suada Hacızadə və Ləman Abbaszadə çıxış edəcəklər.

 

Mədəniyyət.- 2020.- 10 yanvar.- S.1.