Teatrlarda yeni səhnə layihələri

 

 

2020-ci ilin ilk həftəsini əsasən uşaqlara ayıraraq tamaşalar göstərən, bayram şənlikləri təşkil edən teatrlar yeni səhnə layihələri üzərində çalışmaları da davam etdirirlər.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı bu il tamaşaçılara bir neçə yeni səhnə əsəri təqdim etmək niyyətindədir. Onlardan biri vaxtilə teatrda səhnələşdirilərək uzun müddət repertuarda olmuş Səid Rüstəmov və Məmməd Səid OrdubadininBeş manatlıq gəlin” musiqili komediyasıdır. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur.

Gürcü dramaturqu Nodar Dumbadzenin “Mən, nənəm İlikoİllarion” əsərinə rejissor Əhəd Hacıyev quruluş verir. Teatrda həmçinin bəstəkar Ceyhun Allahverdi və yazıçı Pərviz Seyidlininİstintaq” əsəri səhnələşdirilir. Xalq artisti Afaq Bəşirqızı bu tamaşada yeni ampluada seyrçilərin qarşısına çıxacaq.

Azərbaycan Dövlət Kukla Teatrında Xanımana Əlibəylinin 100 illiyi münasibətilə tanınmış uşaq yazarının “Cunquş” əsəri tamaşa qoyulacaq. Daha bir tamaşa A.Puşkinin “Balıqçı və balıq” nağılı əsasında (rejissor Anar Məmmədov) hazırlanacaq. Teatrın baş rejissoru Qurban Məsimov «Məlikməmməd” xalq nağılını yeni quruluşda təqdim edəcək. Səməd Behrənginin “Qara balığın nağılı” əsəri əsasında tamaşaya isə Namiq Ağayev quruluş verəcək.

Yuğ teatrında da bir neçə tamaşanın məşqləri gedir. Rejissor Mikayıl Mikayılov M.VişnekinQoca kloun tələb olunur”, Gümrah Ömər Ə.Haqverdiyevin “Pəri cadu”, Günay Səttarova C.Məmmədquluzadənin “Çay dəsgahı” əsərlərinə quruluş verirlər. Teatr 2020-ci ildə İ.Vırıpayevin «İllüziyalar” və V.Şekspirin «Hamlet” əsərlərini də repertuara daxil etməyi planlaşdırır.

 

Mədəniyyət.- 2020.- 10 yanvar.- S.2.