“Qarabağnamə” ilə Qara Yanvara baxış

 

 

 

Tariximizin qan yaddaşı olan Qara Yanvarın 30-cu ildönümü münasibətilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Qarabağnamə” tamaşası nümayiş olunacaq.

Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Yanvarın 19-da nümayiş ediləcək tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.

 

Mədəniyyət.- 2020.- 10 yanvar.- S.3.