Ədəbiyyat, zamanmüasirlik Moskvada çapdan çıxıb

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin Ədəbiyyat, zamanmüasirlik kitabı Moskvadakı Xudojestvennaya literatura nəşriyyatında çapdan çıxıb.

Kitabın Ədəbiyyat nəzəriyyəsi bölməsində Azərbaycan ədəbiyyatında ədəbi cərəyanların tarixi təkamül prosesləri, estetikası və poetikasından bəhs olunur.

Xronoloji qaydada təqdim edilən kitabda İntibah Dövrü Azərbaycan ədəbiyyatı Nizami Gəncəvi, Orta əsrlər İmadəddin Nəsimi, Erkən Yeni dövr Molla Pənah Vaqif, tənqidi realizm epoxası Cəlil Məmmədquluzadə və Eynəli bəy Sultanov, romantizm Hüseyn Cavid, sovet dövrü ədəbiyyatı Səməd Vurğun kimi sənətkarlarla təmsil olunub.

Folklorşünaslıq və mədəniyyət bölməsində Kitabi-Dədə Qorqud dastanlarındakı Təpəgöz boyunun tipologiyası izah edilib, Gəmiqaya-Qobustan mədəniyyəti, Orxon-Yenisey abidələri təhlil edilib.

Rusiya ictimai-ədəbi mühiti bölməsində Mixail Şoloxov və Azərbaycan ədəbiyyatı oçerki verilib, Dünya ədəbiyyatı bölməsində Azərbaycan-Çin ədəbi-mədəni və elmi əlaqələrindən, Oxşar ədəbi talelər rubrikasında türk xalqları ədəbiyyatlarının dövrləşdirilməsindən bəhs edilir.

 

Mədəniyyət.- 2020.- 10 yanvar.- S.3.