Təsviri sənət sahəsində əlamətdar hadisələr

 

 

 

Ötən il ölkəmizdə, incəsənətin digər sahələri kimi, təsviri və dekorativ sənət sahəsində də müxtəlif layihələr, tədbirlər həyata keçirilib.

Maynoyabr aylarında Mədəniyyət Nazirliyi, “Auction Baku” MMC və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Hilton Baku” hotelində incəsənət əsərlərinin iki auksionu gerçəkləşib. Həmçinin iyundaBaku Crystal Hallda Azərbaycan rəssamlarının ilk respublika satış-sərgisi təşkil olunub.

Gəncə şəhərindəki XIX əsr “Hüsniyyə” məscidinin interyerində Xalq rəssamı Toğrul Nərimanbəyov tərəfindən çəkilmiş divar rəsminin konservasiya və bərpa işləri tamamlanıb.

May ayında ölkəmiz Qırğızıstanın şəhərində keçirilən 21-ci TÜRKSOY “Rəssamlar görüşü”ndə təmsil olunub.

Noyabrda tanınmış AmerikaRusiya rəssamı, heykəltəraş Mixail Şemyakin Mədəniyyət Nazirliyinin dəvəti ilə Bakıda olub. Səfər çərçivəsində rəssam Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında ustad dərsi keçib.

Noyabr ayında “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi reallaşıb. Layihədə 17 ölkədən 40-dək rəssamın müxtəlif performans və instalyasiyaları nümayiş olunub.

Ötən il Muzey Mərkəzində tanınmış heykəltəraş, Əməkdar rəssam Münəvvər Rzayevanın 90 illik yubileyi (aprel) qeyd olunub, Milli İncəsənət Muzeyində Xalq rəssamı Nadir Qasımovun 90 illikMuzey Mərkəzində Xalq rəssamı Kamil Nəcəfzadənin 90 illik yubiley sərgiləri (hər ikisi dekabrda) keçirilib.

 

Mədəniyyət.- 2020.- 10 yanvar.- S.4.