Dövlət Tərcümə Mərkəzinin beşillik fəaliyyət kataloqu

 

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin beşillik fəaliyyətini əks etdirən tanıtım-kataloqu işıq üzü görüb.

Dövlət Tərcümə Mərkəzi 20142019-cu illər adlı kataloqa qurumun bu illərdə gətirtdiyi layihələr dövlət dilindən istifadə, tədris, lüğətçilik, dublyaj, nəşriyyat və s. sahələrdə dil və tərcümənin tətbiqi üzrə aparılan monitorinqlər, dünya ədəbiyyatının Azərbaycanda, Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində həyata keçirilən tədbirlər, görüş və təqdimatlar, Azərbaycan ədəbiyyatı nümunələrinin, eləcə də Qarabağ həqiqətlərinin beynəlxalq aləmə çatdırılması ilə bağlı internet məkanında görülən işlər və digər materiallar daxil edilib. Geniş məlumatlar və fotolarla tərtib olunmuş kataloq son beş ildə həyata keçirilən işlərin ümumi mənzərəsini əks etdirməklə yanaşı, qurumun fəaliyyəti ilə yaxından tanış olmaq imkanı yaradır.

 

Mədəniyyət.- 2020.- 10 yanvar.- S.6.