Azərbaycan vokal məktəbinin yetirmələri Parisdə çıxış ediblər

 

 

Parisin 5-ci rayonunda yerləşən Saint Severin kilsəsində klassik musiqi konserti olub.

Fransanın İncəsənətin Dostları Assosiasiyasının təşkil etdiyi konsertdə Rusiya Federasiyası Tatarıstan Respublikasının Əməkdar artisti, Sankt-Peterburq Mariinsk Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı, həmvətənimiz Timur Abdikeyev Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası Opera studiyasının solisti Adil Axundov çıxış ediblər.

Proqramda Hendel, Bax, Haydn, Bellini başqa bəstəkarların əsərləri ifa olunub.

T.Abdikeyev Bakı Musiqi Akademiyasını bitirib. Vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsinin mükafatçısı olub. İ.K.Arxipova adına Fondun mükafatına layiq görülüb. Milanda Leyla Gencerin rəhbərlik etdiyiLa Scalateatr müsabiqəsinin finalçısı olub. 2004-cü ildə Mariinsk Teatrında karyerasına başlayan T.Abdikeyev bu səhnədə 60-dan çox rol ifa edib. Vokalçı hazırda Parisdə yaşayır və karyerasını davam etdirir.

 

Mədəniyyət.- 2020.- 10 yanvar.- S.8.