Heydər Əliyev Sarayında Yeni il tamaşaları

Yeni il bayramı münasibətilə istirahət günlərində Heydər Əliyev Sarayında uşaqlar üçün bir-birindən maraqlı tamaşalar nümayiş olunub.

Uşaqların sevimli cizgi film qəhrəmanlarının yer aldığı musiqili Yeni il simfoniyası nağıl-tamaşası simfonik orkestrin müşayiəti ilə təqdim olunub.

Tamaşada uşaqlar Şaxta baba, Ələddin, Su pərisi və digər qəhrəmanlarla birgə möcüzəli nağıl ölkələrinə səyahət ediblər. Müğənnilərin ifasında Gözəl və Bədheybət, Soyuq ürək, Ələddin, Pinokkio, Mulan, Kral Şir, Su pərisi, Vinni Puxbaşqa cizgi filmlərindən musiqilər, həmçinin Y.ŞtrausP.Çaykovskinin əsərlərindən parçalar səsləndirilib.

Cavad Tağızadənin dirijorluğu ilə keçirilən musiqili-nağılın rejissorussenari müəllifi Aleksey Smirnovdur.

Yanvarın 2-də uşaqlar üçün musiqili, əyləncəli Yeni il karnavalı təşkil olunub. Şaxta baba uşaqlarla görüşüb və onları mahnılar, rəqslər, oyunlar ilə sevindirib. Zima uşaq musiqi festivalı iştirakçılarının ifasında mahnılar və sürprizlər karnavala xüsusi rəng qatıb.

4-5 yanvar tarixində isə Heydər Əliyev Sarayında Qar Kraliçası və yeddi gözəl adlı interaktiv musiqili tamaşa göstərilib. Tamaşada uşaqlar Malifisenta, Avrora, Zoluşka, Anna, Mulan, Bel qar adam Olaf ilə tanış olublar. Musiqili tamaşa şən mahnıları, rəngarəng rəqsləri, sevimli qəhrəmanların uşaqlarla interaktiv oyunları ilə izləyicilərə xoş anlar yaşadıb.

 

Mədəniyyət.- 2020.- 10 yanvar.- S.8.