Xalq teatrının Nağıl boğçası

 

Zaqatala rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrının kollektivi Yeni il bayramı günlərində uşaqları maraqlı proqramla sevindirib.

Kollektivin hazırladığı tamaşaya bu günlərdə yüzlərlə azyaşlı uşaq və məktəbli baxıb. Nağıl boğçasına daxil edilən Qoğal, Cırtdan və Yaşıl işıq nağılları uşaqlar tərəfindən maraqla qarşılanıb.

Əməkdar mədəniyyət işçisi Bayram Qurbanovun quruluş verdiyi tamaşada rolları Kənan Şəkərov, Nazən Bulacova, Aysel Yusubova, Töhfə PaşayevaŞahin İsayev oynayıblar. Tamaşanın rəssamı Çingiz Məmmədovdur.

 

Mədəniyyət.- 2020.- 10 yanvar.- S.4.