Multikultural mühit və ədəbiyyat

 

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Elçin Mehrəliyevin Multikultural mühit və ədəbiyyat kitabı çapdan çıxıb.

Tədqiqat əsərində multikulturalizmmultikultural mühit anlayışlarının elmi-nəzəri dərki, ümummədəni inkişaf, etnik-mədəni müxtəlifliyin əsasları, multikultural mühitin formalaşmasının başlıca səbəbləri, ədəbiyyata təsiri problemləri araşdırılır.

Bundan əlavə, kitabda milli ədəbiyyatımızın klassikmüasir yaradıcılıq nümunələrində, eləcə də əcnəbilərin Azərbaycan multikultural mühitinə maraq və təəssüratları əsasında yaratdıqları əsərlərdə çoxmədəniyyətliliyin spektrləri və digər bu kimi məsələlərdən bəhs olunur.

 

Mədəniyyət.- 2020.- 10 yanvar.- S.4.