Çölçüfilminin 2020-ci ildə ilk uğuru

 

 

 

Rejissor Şamil ƏliyevinÇölçüfilmiTripvill İnternational Film Festival 2020”nin (Hindistan, Kəlküttə) kino ekspertləri tərəfindənƏn yaxşı bədii film” kimi xüsusi mükafata (“Best Narratıve Feature / Award of Excellence”) layiq görülüb.

Festivalın qalibləri yanvarın 1-də açıqlanıb. Qalib ekran əsəri kimiÇölçüyanvarın 12-də Hindistanın Kəlküttə şəhərində tamaşaçılara təqdim olunacaq.

Qalib filmə mükafat olaraq sertifikat heykəlcik təqdim olunur.

Çölçüfilmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film indiyədək 50-dən çox festivalda iştirak edərək 30-dan artıq mükafat qazanıb.

 

Mədəniyyət.- 2020.- 10 yanvar.- S.8.