Mənim balaca şahzadəm Banqladeşə gedir

 

Azanfilm animasiya studiyasının istehsalı olan Mənim balaca şahzadəm qısametrajlı animasiya filmi 24-31 yanvar tarixində Banqladeşdə keçiriləcək 13-cü Beynəlxalq uşaq filmləri festivalında nümayiş olunacaq.

Mədəniyyət Nazirliyinin sifarişi ilə 2019-cu ildə ərsəyə gələn filmin bədii rəhbəri Xalq yazıçısı Elçin, ssenari müəllifi İman İsmayıl, quruluşçu rejissoru Arif Məhərrəmov, quruluşçu rəssamı Amil Quliyev, bəstəkarı Azər Hacıəsgərli, səsləndirmə üzrə rejissoru Mehriban Zəki, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə rəssam Məryəm Ələkbərlinin Antuan de Sent-Ekzüperinin Balaca şahzadə əsəri ilə bağlı rəsmlərindən də istifadə olunub. Onun yağlı boya ilə işlənmiş tablolarının təsviri animasiya hissələrinin tərkibində verilib.

 

Mədəniyyət.- 2020.- 10 yanvar.- S.8.