Qobustan qoruğunda tapılan keramika nümunəsinin 5655 yaşı var

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda Qobustan abidələrinin araşdırılması tarixində mühüm nəticə əldə olunub.

İnstitutun aparıcı elmi işçisi, dosent Sahib Məmmədovun rəhbərliyi ilə fəaliyyət göstərən Arxeoloji tapıntıların tarixləndirilməsi qrupunun tədqiqatçısı, Ətraf mühitin radiasiya kimyası laboratoriyasının kiçik elmi işçisi Aybəniz Əhədova Qobustan Milli Tarix-Bədii Qoruğunda çöl tədqiqatları aparıb. Gənc tədqiqatçı orada yerləşən Böyükdaş dağının aşağı səkisindən götürdüyü keramika nümunəsinin yaşını termolüminessensiya metodu ilə tədqiq edib. Tədqiqat nəticəsində həmin nümunənin 5655 il tarixi olduğu aşkara çıxarılıb.

Qeyd edək ki, sözügedən keramika nümunəsinin radioizotop metodla analizi Qobustan abidələrinin araşdırılması tarixində bir ilkdir.

Bundan əlavə, həmin ərazidən diş nümunələri də götürülübelektron paramaqnit rezonans metodu ilə tədqiq olunub. Həmin diş nümunələrinin 1894 il və 1353 il əvvələ aid olunduğu sübut edilib.

 

Mədəniyyət.- 2020.- 15 yanvar.- S.1.