“Çağdaşımız Nəsimi”

 

 

 

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin “Çağdaşımız Nəsimi” monoqrafiyası çapdan çıxıb. Monoqrafiyada dahi Azərbaycan şairinin yaradıcılığının çağdaş əhəmiyyətinə, bəşəriyyət üçün aktuallığına nəzər salınır.

Nəşrdə Nəsimi irsinin Azərbaycanda əhatəli şəkildə öyrənilməsi, nəşri və təbliği sahəsində ümummilli lider Heydər Əliyevin müstəsna fəaliyyətinə xüsusi bölmə ayrılıb. Ulu öndər Heydər Əliyevin 1972-1973-cü illərdə imzaladığı “İmadəddin Nəsiminin 600 illik yubileyinin təşkili və qeyd olunmasına dair Tədbirlər Planı haqqında” Azərbaycan KP MK Bürosunun qərarı da ilk dəfə geniş ictimaiyyətə təqdim olunur.

Monoqrafiyanın elmi redaktoru AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli, ön sözün müəllifi tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərovdur.

 

Mədəniyyət.- 2020.- 15 yanvar.- S.6.