Lənkəran məktəbinin kollektivi Xırdalanda

 

 

Lənkəran şəhər C.Cabbarlı adına 1 nömrəli Musiqi məktəbinin kollektivi Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayon Xırdalan şəhər Musiqi məktəbində maraqlı konsert proqramı ilə çıxış edib.

Regionlararası dostluq və əməkdaşlıq əlaqələri çərçivəsində təşkil olunmuş konsertdən öncə hər iki məktəbin direktorları Camal Həsənov və İkram Manafov çıxış edərək belə tədbirlərin əhəmiyyətini vurğulayıblar.

Tədbirdə qonaq məktəbin xor kollektivinin, fortepiano, xanəndəlik sinfi şagirdlərinin, skripka, kamança, qanun, nağara, qarmonçalanlar ansambllarının ifaları alqışlarla qarşılanıb.

Sonda xatirə hədiyyələri təqdim edilib.

 

Mədəniyyət.- 2020.- 15 yanvar.- S.3.