Özbəkistan portalında Leyla Bədirbəyli haqqında yazı

 

 

 

Özbəkistanın kultura.uz portalında Xalq artisti, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı Leyla Bədirbəyli haqqında yazı dərc olunub.

Görkəmli aktrisanın 100 illiyi ilə bağlı verilən məqalədə onun uşaqlıq və gənclik illəri haqqında söhbət açılır, əvvəllər rəqs dərnəyində çalışdığı bildirilir.

Qeyd olunur ki, Leyla Bədirbəyli iki filmdə epizodik rolda oynadıqdan sonra 1940-cı illərin əvvəllərində kinorejissor Hüseyn Seyidzadə onuAyna” filmində baş rola çəkir. Sonra o, “Səbuhi” filminə dəvət alır. 1945-ci ildə lentə alınan “Arşın mal alanfilmi isə yaradıcı kollektivə, o cümlədən Gülçöhrə rolunun ifaçısı Leyla Bədirbəyliyə böyük şöhrət gətirir. Film SSRİ-də, dünyanın 50-dən artıq ölkəsində göstərilir və müvəffəqiyyət qazanır. Məqalədə bildirilir ki, Leyla Bədirbəyli onlarla filmdə yaddaqalan obrazlar yaradıb.

Yazıda həmçinin Prezident İlham Əliyev tərəfindən 2020-ci ildə Leyla Bədirbəylinin anadan olmasının 100 illiyinin keçirilməsi haqqında sərəncam imzalandığı diqqətə çatdırılır.

 

Mədəniyyət.- 2020.- 15 yanvar.- S.4.