Azərbaycan xalçalarının növbəti sayında

Azər-İlmə Xalçaçılıq Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin birgə təsisçiliyi ilə nəşr olunan Azərbaycan xalçaları elmi-publisistik jurnalının 32-ci sayı işıq üzü görüb.

Jurnalın bu sayında akademik İsa Həbibbəylinin Nəsimi sənətinin qüdrəti, tarix elmləri doktoru Vidadi Muradovun Cimi və cimililər, tarix üzrə fəlsəfə doktorları Pərvin Gözəlovun Xanlıqlar dövrünə aid bayraqlarda atəşpərəstlik elementləri, Gülzadə Abdulovanın Milli geyimlərdə, aksesuarlarda xalça elementləri və onların semantikası, Səbuhi Əhmədovun Polşa muzeylərində orta əsr Azərbaycan silahları, filologiya üzrə fəlsəfə doktorları Çinarə Rzayevanın Azərbaycan və özbək folklorunda ortaq atalar sözlərinə müqayisəli baxış, Səhər Orucovanın Türk xalqlarında Novruz bayramı adətləri və s. materiallar yer alıb.

Jurnalın baş redaktoru AMEA ArxeologiyaEtnoqrafiya İnstitutunun Xalçaşünaslıq sektorunun müdiri, Əməkdar incəsənət xadimi, professor Vidadi Muradovdur.

Oxucular jurnalın elektron variantı ilə http://azerilme.az/ saytında tanış ola bilərlər.

 

Mədəniyyət.- 2020.- 15 yanvar.- S.4.