Teatrlarımızın səhnələrində

 

Teatr kollektivləri 2020-ci ilə hansı yaradıcılıq planları ilə başlayıblar? Ötən sayımızda bir neçə teatrın bu il üçün repertuar yenilikləri barədə məlumat vermişdik. Mövzunu davam etdiririk.

Məhəbbət əfsanəsindən sonra...

Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının yeni sənət layihələri həm teatrsevərlər, həm də musiqisevərlər üçün maraqlıdır. Hazırda teatrın balet truppası Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə layihəsi əsasında unudulmaz bəstəkarımız Arif Məlikovun Məhəbbət əfsanəsi baletinin quruluşu üzərində çalışır. Tamaşanın premyerasını gözləyən tamaşaçıları mart ayında Heydər Əliyev Sarayına toplayacaq teatr il ərzində daha 4 nümunəyə müraciət edəcək. Bu il Niyazinin RastAleksandr Borodinin Qıpçaq rəqsləri baletləri yeni quruluşlarda sənətsevərlərə təqdim olunacaq.

Klassik operasevərlər də unudulmayıb. Üzeyir Hacıbəylinin yarımçıq qalan, İsmayıl Hacıbəyov tərəfindən qismən tamamlanan Firuzə və Cakomo Puççininin Toska operalarının da bu il yeni quruluşla nümayişi nəzərdə tutulub.

Yeni quruluşlarla yanaşı teatr həm də mütəmadi olaraq repertuarındakı klassikmilli operabalet tamaşalarını da operasevərlərə təqdim edəcək.

Teatr 2020-ci ildə zəngin repertuarındakı səhnə əsərlərinin nümayişi ilə yanaşı, müxtəlif ölkələrin teatrları və tanınmış sənətkarları vokal ustaları və balet artistləri, rejissor, dirijor, rəssam, xoreoqrafs. əməkdaşlığını da davam etdirəcək. Yeri gəlmişkən, yanvar-mart aylarında teatrda çıxış etmək üçün dirijorlar Mixail Aqrest (Rusiya), Vyaçeslav Voliç (Ukrayna), balet artistləri Kristina Kretova (Rusiya), Timur Əsgərov (Rusiya), vokalçılar Andjey Beletski (Rusiya), Teymuraz Ququşvili (Gürcüstan), Eduard Martınyuk (Ukrayna), Nikolay Yeroxin (Rusiya), Tatyana Qanina (Ukrayna), Nikolay Şulyak (Ukrayna) və b. dəvət olunub.

Kimdir müqəssir?

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının 2020-ci il üçün repertuar planı da zəngindir. Hazırda binası əsaslı təmir-bərpaya dayanmış teatrın heyəti buna rəğmən yeni tamaşa hazırlıqlarına ara verməyib. Səhnələşdirilməsi nəzərdə tutulan əsərlər arasında bu il 150 illik yubileyini qeyd etdiyimiz Əbdürrəhim bəy Haqverdiyevin Kimdir müqəssir? pyesini xüsusilə qeyd etməliyik. Teatrın baş rejissoru, Əməkdar artist Sərvər Əliyevin quruluşunda hazırlanacaq əsər ilin ortalarında teatrsevərlərin ixtiyarına veriləcək.

Bundan başqa, teatrın səhnəsində Qoşqar Narqabilin Rəis və 5 dul qadın (quruluşçu rejissor Nicat Mirzəzadə), Qəşəm Nəcəfzadənin Azərbaycanın Milli Qəhrəmanı haqqında Albert Aqarunov (quruluşçu rejissor Nicat Mirzəzadə) və Vasili Siqarevin Şeytan ailəsi (quruluşçu rejissor Sərvər Əliyev) əsərləri tamaşaya qoyulacaq.

Dovşanın ad günü

2020-ci ildə Şuşa Dövlət Musiqili Dram Teatrında üç yeni tamaşa hazırlanacaq.

Yaradıcı kollektiv bu il ilk olaraq Asif Kəngərlinin Bəla əsərinə müraciət edib. Yaşamaq istəyirəm adı verilən tamaşaya teatrın baş rejissoru, Əməkdar artist Loğman Kərimov quruluş verəcək.

Bu il 100 illiyini qeyd edəcəyimiz məşhur uşaq yazıçısı Xanımana Əlibəylinin də yaradıcılığına müraciət edən teatr onun Dovşanın ad günü adlı mənzum nağılını səhnəyə çıxaracaq. Azyaşlılar üçün nəzərdə tutulan tamaşanı da Loğman Kərimov hazırlayacaq.

Xalq yazıçısı İlyas Əfəndiyevin Hökmdar və qızı əsəri də teatrın səhnəsində yeni quruluş həllini tapacaq. Lalə Şirinovanın rejissor yozumunda həm klassikləşən əsəri yenidən izləyəcək, həm də Şuşa teatrının aktyor potensialını görə biləcəyik.

 

HƏMİDƏ

 

Mədəniyyət.- 2020.- 15 yanvar.- S.3.