ƏSAnın Andı yenidən səhnədə

 

Azərbaycanın əlilliyi olanolmayan aktyorlardan ibarət inklüziv ƏSA teatrı yanvarın 15-də yenidən tamaşaçıların görüşünə gələcək.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində ƏSA teatrı tərəfindən Jan Batist Molyerin Xəsis əsərinin motivləri əsasında hazırlanmış And tamaşası nümayiş olunacaq.

Səhnə əsərinin quruluşçu rejissoru Nihad Qulamzadə, musiqi tərtibatçısı Nicat Qulam, səhnə və geyim tərtibatçısı Viktoriya Lermandır.

Xəsis komediyasındakı baş qəhrəman Qarpaqonun ikrah hissi yaradan şəxsi keyfiyyətləri və xəsisliyi deyil, daha çox insanların bir-biri ilə olan münasibətlərində öz mənfəətini, şəxsi ambisiyalarını üstün tutması ön plana çəkilir və tənqid olunur. Bir saat davam edən And dramatik komediyası da tamaşaçını bu yöndə düşünməyə vadar edir.

 

Mədəniyyət.- 2020.- 15 yanvar.- S.4.