20 Yanvarın ildönümünə həsr olunan tədbir

 

 

Azərbaycan Respublikasının Dövlət Arxivi və Azərbaycan İstiqlal Muzeyinin birgə təşkilatçılığı ilə yanvarın 15-də 20 Yanvarın ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Arxivi İdarəsinin direktoru Emin Sərdarov, AMEA Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, tarix elmləri doktoru Fəzail İbrahimli, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov və başqaları çıxış edib.

Tədbir çərçivəsində Azərbaycan İstiqlal Muzeyinin fondlarında saxlanılan 20 Yanvar faciəsini əks etdirən fotoşəkillərin sərgisi açılıb. Kinorejissor, ssenarist, Əməkdar incəsənət xadimi Ziya Şıxlinskinin müəllifi olduğuDuafilmi nümayiş etdirilib.

 

Mədəniyyət.- 2020.- 17 yanvar.- S.2.