“Könüllülər ili” ilə bağlı dəyirmi masa

 

 

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində 2020-ci ilin “Könüllülər ilielan edilməsi ilə əlaqədar “Mədəniyyətimizdə, cəmiyyətdə və sosial şəbəkələrdə gənc könüllülərin rolumövzusunda dəyirmi masa təşkil olunub.

Tədbirdə könüllülərin cəmiyyətdə rolundan danışılıb. Gənc mədəniyyət könüllüləri ölkə başçısının gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs ediblər. Bildiriblər ki, hər bir sahədə olduğu kimi, mədəniyyət sahəsində də gənclərə xüsusi önəm verilirbu sahədə çalışan gənclər buna nümunədir.

 

Mədəniyyət.- 2020.- 17 yanvar.- S.4.