Heydər Əliyev Sarayında caz gecəsi

Yanvarın 14-də Heydər Əliyev Sarayında Just Jazz adlı caz gecəsi keçirilib.

Gecədə beynəlxalq festivalların iştirakçısı, Əməkdar artist, tarzən Şəhriyar İmanov, Əməkdar artist Vüsal İsgəndərzadənin (tarzən) rəhbərliyi ilə Shur Trio, Coffee Band, The Passion Band qrupları, eyni zamanda Nicat Aslanov, Tural Rafael, Nərmin Məmmədli, Aytən Orucəliyeva, Suada Hacızadə, Ləman Abbaszadə çıxış ediblər.

Konsertdə yerli caz kompozisiyaları və məşhur əsərlər səsləndirilib.

 

Mədəniyyət.- 2020.- 17 yanvar.- S.8.