Bəstəkara həsr olunmuş tədbir

 

Həqiqət Rzayeva adına Lənkəran şəhər 2 saylı Musiqi məktəbində təşkil olunan müxtəlif səpkili tədbirlər həmişə öz maraq dairəsinə görə  seçilir.

Növbəti belə tədbir görkəmli bəstəkar, incəsənətimizin dünyada tanınmasında xüsusi rolu olan dəyərli şəxsiyyət Süleyman Ələsgərovun 95 illiyinə həsr olunmuşdu.

Öncə bəstəkarın həyat yolu, zəngin yaradıcılığı haqqında tədbir iştirakçılarına  geniş məlumat verildi. Məktəbin direktoru K.Fərzullayevin bəstəkarla bağlı xatirələri böyük maraqla dinlənildi.

Daha sonra məktəbin müəllim və şagirdlərinin ifasında Süleyman Ələsgərovun müxtəlif janrlarda bəstələdiyi əsərləri səsləndi. Tədbirin yaratdığı ovqat, sözün həqiqi mənasında, ürəklərin mənəvi rahatlığı oldu.

 

Zəfər ORUCOĞLU

 

Mədəniyyət.- 2020.- 17 yanvar.- S.5.