20 Yanvar metrosunda tarixin fotoəksi

20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Bakı Metropoliteni QSC və Azərbaycan Fotoqraflar Birliyinin təşəbbüsü ilə metronun 20 Yanvar stansiyasında fotosərgi təşkil edilib.

Fotosərgidə həmin qanlı gecədə baş vermiş hadisələri kadrlara həkk etmiş fotoqrafların 50 əsəri nümayiş olunub.

Mərasimdə Bakı Metropoliteni QSC-nin sədr müavini Hidayət Məmmədov və Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu çıxış ediblər.

20 Yanvar faciəsi zamanı şəhid olmuş metropolitençi Əflatun Kazımovun oğlu Sirac Kazımov atası ilə bağlı xatirələrini iştirakçılarla bölüşüb. O müdhiş gecənin şahidi olmuş maşinistlər və 20 Yanvar əlili, metropolitençi Mansur Qocayev də xatirələrini bölüşüblər.

Sərgilənən fotolar Azərbaycan Fotoqraflar Birliyinin arxivinə daxildir.

 

Mədəniyyət.- 2020.- 22 yanvar.- S.3.