Gənclər Kitabxanasının 20 Yanvar tədbirləri

 

 

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə silsilə tədbirlər təşkil edib.

Yasamal rayonu 176 nömrəli orta məktəbdə keçirilən “Qanlı və şanlı gecə” adlı ədəbi gecədə kitabxananın əməkdaşları 20 Yanvar faciəsi, şəhidlər mövzusunda çıxışlar edib, şagirdlər şeirlər söyləyiblər. Sonra şagirdlər 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi kompozisiya təqdim ediblər.

Respublika Gənclər Kitabxanasının növbəti tədbiri “20 Yanvar faciəsini unutmayaq” adlı dəyirmi masa olub. Kitabxananın elmi işlər üzrə direktor müavini X.Musayeva, kitabxananın əməkdaşlarından Q.Mustafayeva, N.Cəlilova, L.Xasıyeva, L.Cəfərova mövzu ilə bağlı çıxış ediblər.

20 Yanvar faciəsini əks etdirən filmin nümayişindən sonra “Qanlı Yanvarqan yaddaşımız” adlı kitab sərgisinə baxış keçirilib.

 

Mədəniyyət.- 2020.- 22 yanvar.- S.3.