Sumqayıt teatrında “Vicdanın hökmü

 

Sumqayıt Dövlət Dram Teatrında “Vicdanın hökmü” tamaşasının növbəti nümayişi 20 Yanvar faciəsinə həsr olunub. Səhnə əsərini N saylı hərbi hissənin əsgər və zabitləri izləyib.

Tamaşanın nümayişindən əvvəl teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov xalqın milli mücadilə tarixində önəmli rol oynamış 20 Yanvardan bəhs edərək, teatrın repertuarında tarixi əsərlərə bundan sonra da geniş yer veriləcəyini söyləyib.

Tamaşanın quruluşçu rejissoru, Əməkdar artist Namis Şirməmmədov, truppa müdiri Zöhrəli Əliyev çıxış edərək səhnə əsərinin bədii məziyyətlərindən və tərbiyəvi rolundan söz açıblar.

Yazıçı-dramaturq Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında hazırlanan  tamaşa hərbçilər tərəfindən maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2020.- 22 yanvar.- S.5.