Qafqaz Albaniyasının etno-mədəni irsi

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Qafqaz Albaniyasının etno-mədəni irsi adlı yeni nəşri işıq üzü görüb.

BBMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan, rusingilis dillərində təqdim olunan nəşrdə Qafqaz Albaniyasını tarixi, arxeoloji, etnoloji, etnoqrafik, memarlıq və incəsənət aspektindən tədqiq edən məqalələr toplanıb. Rusiya, Polşa, Türkiyə, Norveç, İtaliya, Yaponiya və Azərbaycan alimlərinin araşdırmalarından ibarət topluda ermənilərin Qafqaz Albaniyası irsini sahiblənməsi faktlarına da aydınlıq gətirilib.

Mazzola Françeskonun Antik xristian Qafqaz memarlığı, Olbrayt Marek Janın Parfiya dövründə Albaniya, Vegge Byornun Qüdsdən Kişə aparan yol, Hiros Yokonun Dağlıq Qarabağla bağlı kompleks perspektivlər: azərbaycanlılar və ermənilərin baxışlarının müqayisəsi və digər bu kimi məqalələr əsaslı tədqiqatın və dərin təhlilin nəticəsidir. Toplunun Azərbaycan dili ilə yanaşı, rusingilis dillərində də nəşri Qafqaz Albaniyası həqiqətlərini beynəlxalq səviyyədə təqdim etmək imkanı yaradır.

Qafqaz Albaniyası Azərbaycanın tarixi-mədəni irsionun ayrılmaz tərkib hissəsidir. Qafqaz Albaniyasını öyrənirik layihəsi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətə başladığı ilk günlərdən həyata keçirdiyi önəmli layihələrdən biridir. Layihə çərçivəsində Azərbaycan tarixinin qədim və erkən orta əsrlər dövrünə aid olan Qafqaz Albaniyasının maddi-mədəni irsi, tarixi, coğrafiyası, əhalisi ilə bağlı yerlixarici ölkə alimlərini araşdırmaları diqqət mərkəzində saxlanılır. Tədqiqatların geniş auditoriyaya çatdırılması məqsədilə mütəmadi olaraq konfranslar, təqdimatlar və dəyirmi masalar təşkil edilir .

Qafqaz Albaniyasının etno-mədəni irsi məqalələr toplusunun ön söz müəllifi və baş redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev, ideya müəllifi və elmi məsləhətçisi BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev, elmi redaktorlar AMEA-nın müxbir üzvü professor Fəridə Məmmədova və AMEA ArxeologiyaEtnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Ülviyyə Hacıyeva, nəşrə məsul BBMM-in icraçı direktoru Rəvan Həsənov və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət, diaspora, multikulturalizmdini məsələlər şöbəsinin aparıcı məsləhətçisi Anar Əlizadədir.

 

Mədəniyyət.- 2020.- 22 yanvar.- S.7.