Bakı-Moskva: mədəniyyətlərin dialoqu

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Moskva hökuməti və Rusiyanın TASS İnformasiya Agentliyinin dəstəyi ilə Bakıda Bakı-Moskva: mədəniyyətlərin dialoqu adlı konfrans keçirilir.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əlaqələrin gücləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə keçirilən tədbirdə hər iki ölkənin hökumət rəsmiləri, tanınmış şəxslər və adamları, mədəniyyət, təhsil və elm xadimləri, o cümlədən KİV nümayəndələri iştirak edir.

Konfrans çərçivəsində 24-25 yanvar tarixində Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsası mövzusunda dəyirmi masa, TASS İnformasiya Agentliyi və Azərbaycan Dövlət İnformasiya Agentliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycanın Rusiyada və Rusiyanın Azərbaycanda yaşayan görkəmli şəxslərinin fotosərgisi, TASS İnformasiya Agentliyi baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusmanın Hakimiyyət formulu və Həyat formulu kitablarının təqdimatı və digər tədbirlər keçiriləcək.

 

Mədəniyyət.- 2020.- 24 yanvar.- S.1.