Xalq şairi Zəlimxan Yaqubun 70 illiyi münasibətilə

 

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Zəlimxan Yaqubun 70 illik yubileyi münasibətilə tədbir keçirilib.

Kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova şairin həyat yolundan, yaradıcılığından söhbət açıb.

Sonra AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Sumqayıt şəhər MKS-nin direktoru Yeganə Əhmədova, S.Rüstəmov adına İncəsənət məktəbinin müəllimi Vüsalə Haşımova, N.Tusi adına 12 nömrəli orta məktəbin ədəbiyyat müəllimi Səbinə Əfəndiyeva şairin həyat və yaradıcılığından, ədəbi və ictimai fəaliyyətindən, Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışıblar.

Sonra S.Rüstəmov adına İncəsənət məktəbi şagirdlərinin ifasında musiqi nömrələri təqdim edilib.

 

 

Mədəniyyət.- 2020.- 24 yanvar.- S.3.