Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının mütəxəssisləri ilə görüş

 

Bakıya səfərə gələn M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının mütəxəssisləri yanvarın 23-də Azərbaycan Milli Kitabxanasında olublar. Görüş Bakıda keçirilən Bakı-Moskva: mədəniyyətlərin dialoqu adlı konfrans çərçivəsində gerçəkləşib.

Görüşdə M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının beynəlxalq fəaliyyət üzrə direktoru Svetlana Qoroxova, elmi və tədris fəaliyyəti üzrə direktor Tatyana Polejayeva, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin əməkdaşı Tamilla Əhmədova və başqaları iştirak edib.

Milli Kitabxananın direktoru Kərim Tahirov qonaqlara kitabxananın fəaliyyəti barədə məlumat verib, proseslərin avtomatlaşdırılması, elektron kitabxana, elektron kataloq, virtual biblioqrafik xidmət imkanlarından danışıb.

Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq kitabxanada olan qonaqlar həftənin 7 günü və 24 saat fasiləsiz işləyən bu məkanın təcrübəsi ilə tanış olub, burada istifadəçilərə göstərilən elektrononlayn xidmətlər, açıq səma altında təşkil edilən tədbirlər haqqında məlumat əldə ediblər.

Daha sonra qonaqlar Milli Kitabxananın Nadir kitablarkitabxana muzeyi, şöbələri, oxu zalları ilə tanış olub, elektron kitabxana sistemi, virtual xidmətlərilə yaxından maraqlanıblar.

Sonda qonaqlara Azərbaycan Milli Kitabxanası fotoalbomu, Azərbaycan xalçaları dünya kolleksiyalarında kitabı təqdim edilib.

 

Mədəniyyət.- 2020.- 24 yanvar.- S.2.