Mədəniyyət.AZjurnalının son sayında

  

 

Mədəniyyət.AZjurnalının 2019-cu il üzrə son nömrəsi çapdan çıxıb.

Ötən il ərzində jurnalın səhifələrində ölkənin, demək olar ki, bütün mədəniyyət hadisələri öz əksini tapıb, yubileylər, kino teatr hadisələri, festivallar, elmi bədii nəşrlər, mədəni irsimizlə bağlı əhəmiyyətli layihələr, reallaşdırılan qlobal mədəniyyət tədbirləri diqqətdən kənarda qalmayıb. Nəsimi ili”ndə jurnalın xüsusi buraxılışı da işıq üzü görüb.

Nəşrin son sayına il ərzində təşkil olunan mədəni tədbirlərin məcmusu kimi baxıla bilər. VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası, Yuğ teatrının 30, teatrın yaradıcısı Vaqif İbrahimoğlunun 70 illik yubileyi, rəqs sənətinin Tamilla Şirəliyeva kimi ustadları haqqında yazı, görkəmli bəstəkarımız Fərəc Qarayev haqqında əcnəbi jurnallarda çıxan məqalələr, xalqımızın adət-ənənəsini özündə qoruyub saxlayan həsirçilik sənətindən bəhs edən elmi-publisistik esse, Bakı kəndlərindən Balaxanı abidələrinə həsr olunmuş yazı, Təbrizin havasını udduran səyahət xatirələri və s. oxucuların qarşısında səhifələnir.

 

Mədəniyyət.- 2020.- 24 yanvar.- S.5.